Bir əcəb çeşmə Əlaiddin rəvan etmiş idi,Məscidi-Batum civarində nəziri-səlsəbil.Yandı üstündə onun pəh-pəh əcayib sayəban,Hüsni-əxlaqilə məmduhu kərəmdə biədilYəni Zünnureyn həm namı olur Şövqi ləqəb,Şimdi Lazistanadır qaimməqami-bibədil,Səlsəbil Osmani, Şövqiyə inayət eyləyə,Cənnətül-məvadə fərda həzrəti-rəbbi-cəlil.İstəsən ol sayəban tarixi məlumun ola,Misrəi-rabidəki üç kəlmədən al ey aqil!Yazdı bu tarixi türfə şerini Fəthi-ƏliMüntəzirkən vapora Batumdadır ayəndə yil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri