Ey qorçubaşı, ey sitəm əhlinə pişva,Şahın qulu olan sözinə bipir gərək.

Fərmani-şahdur, versən alduğun geri,Fərmanə baxmadun, sənə mövtdən həzər gərək.

Hökmə qulaq asmadınü baxmadun daği,Ərbab zülmü cövrini kurü kər gərək.

Mən şamlu fəqiriyəm, sən qəcər bəgi,Sən əhli-şərsənü sana bir əhli-şər gərək.

Abbas şah hökminə endürmədün boyun,Boynu yoğunlusan, sana tiğü təbər gərək.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şahdan səninçün alayım bir qəcər dağı,Bildüm yəqin ki, kuni-xərə kiri-xər gərək.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə