Dəniz və günəş
Gecə rahatlıq bilmədi dəniz,gah haray çəkib hönkürdü,gah da inlədi.Fəqət dil açıb danışmadı,kimsə dərdini bilmədi.O rahat olmadı,dünyaya yeni insan gətirən ana kimi.Yosunlu qayalarda yoldu saçınıdan ağarana kimi.Səhər bir tabaq atəş doğduzümrüd sular.Dalğalar düşdü atından,ləpələr qumlara sindi,Sahildə tökülüb qaldı
qayalardan yolunmuş yosunlar.Dəniz rahatlandı elə bil,Sakitcə uyuduqırmızı tül örtmüş gəlin kimi.Başını üfüqün ətəklərinə qoydu.uyudu...Zaman günəşin əlindən tutubçəkdi günorta yerinə.Gün od ələdi dənizin üzərinə.Ərimiş qurğuşun kimiqaynadı dəniz,əridi dəniz...Qaynadı...Əridi...Fəqət səssiz-səmirsiz...Zaman qüruba çəkdikcə günəşiSovuşdu odu,atəşi.Suçlu övlad kimisaralmış gözləriləgünəş baxdı göy sulara,üfüqdən asılı qaldı.Dəniz nə fırtına qopardı,nə haray saldı.Dalğalı qollarını uzadıbqoynuna aldı onu.Dənizdən doğan günəşdənizdə də batdı.Sonra hər şey yatdı...Fəqət,bütün gecənidənizin səsi gəldi yenə.O laylay çalırdıöz dəcəl körpəsinə...
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-deniz-ve-gunes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey qoyan könlümə qan, oldumu hüsnün fani,Tapdımı xarü xəsi-xüşk o tər bostani?
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Yarpaq yağışıYarpaq yağışınatutdum könlümü,
DağlarBahar fəsli əskilməyirGüneylərdən lala, dağlar.