Dənizlə tənha qalmaq istəyirəm,oturub sahil qumlarındaqucaqlayam dizimi...Uzaqdan qanadlanıb gələnləpələrə dikib gözümü

hər şeyi unudam...Dənizlə tənha qalmaq istəyirəm,razıyam bizi salalar bir qəfəsə.Oturaq üz-üzə,nəfəs-nəfəsə.O nəğmə deyə,mən şer oxuyam,hər şeyi unudam...Dənizlə tənha qalmaq istəyirəmbütün gecəni səhərə qədər.Görəm ulduzları necə yola salır sular,günəşi necə qarşılayır ləpələr.Qovub gözlərimə qonan yuxunuduzlu sulyuyla dənizin,sakitlik içində unudambütün keşməkeşini əsrimizin.Dənizlə tənha qalmaq istəyirəm,tək bircə gecə.Görəsən bu necə olar, necə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar