Qızılgül açan bağçada,baharın oğlanı çağıbaxıb sevinmişəm.Payız budaqdan qoparandasaralmış yarpağıelə bil ürəyiməyarpaq-yarpaq ələnmiş qəm...Fəqətnecə olub ki, səngözlərimin önündəgünbəgün,anbaan dəyişmisən.Mən duya bilməmişəm bunu.Dünən şəklinə baxarkənDərk etdimbunun həqiqət olduğunu...Sən həmişəbahar idin mənimçindünənə qədər.Təbrizdə ilk dəfə gördüyümqara saçlı,qara gözlü,qara qız idin gözlərimdəbəlkə də belə qalacaqdın,lap ölənə qədər.Saçlarıngecənin bir parçasıydı,Arazınsahil daşlarından süzüləndalğalar kimitökülmüşdü çiyninədalğa-dalğa,çin-çin.Gözlərin,zülmətdən oğurlanmışşəvə kimi,yanırdı için-için...Köksün,fırtına ilədöyüşmək həvəsində olanqaya kimi sərt, amansız.Sən,bütün görkəminləfırtınalar içində doğulmuşTəbrizli bir qız.Fəqət,dünən şəklinə baxdım,Saçında dan yerinin şəfəqi vardı

dilim-dilim,zolaq-zolaq.Dənizlə üz-üzə durmuşdunköksünü qucaqlayaraq...“Dənizin sahili var” deyirdinbilə-bilə.Sahilsiz xəyalınsauçurdu bu sahildən o sahilə...Önündə,dalğasız, ləpəsiz dənizayna bir göl kimi.Sən də dalğalı,təlatümlü bir sel kimiqovuşmaq istəyirdinsanki bir ümmanla.Axı dünən dilindəki tufanlabu gün qəlbinə hopmuşfırtınanın fərqiümmanla sel qədərdir.Kamala dolan insanaCoşqun dağ seli olmaqhədərdir...Dəniz olmaq lazımdır!Fırtınası,təlatümü,dərinlikdə olan dəniz.Mənbu halını daha çox sevirəm, gülüm,bəlkə də yanılıramnə bilim,nə bilim...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar