Yığmadım dövləti, yığmadım malı,Ümidlə gəlmişəm var deyə-deyə.Sevməyən şöhrəti, sevməyən alı,Tapmadım, qalmışam, nar deyə-deyə.

Göydə Günəş şöləsini saçıbdır,Çəmənzarlar son ömrünə çatıbdır.Qoça şahin dağ başında yatıbdır,Od tutub alışam, qar deyə-deyə.

Kim keçdi candan, ərən kim oldu?Becərən kim oldu, dərən kim oldu?Ömrünü badlara verən kim oldu?Kərəm tək alışam, yar deyə-deyə.

Qürbət diyarda ömür çıxdı başa,Əlim çatmır istəkli yar-yoldaşa,Cəhənnəm əzabıdı bu tamaşa,Ağ Aşıq, qalmışam, zar deyə-deyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri