Könül, biz aşiqik, eşq ilə iftixar edirik,Bu iftixarimizi xəlqə intişar edirik.

Həyata zövq verən eşqdir, məhəbbətdir,Bununla könlümüzü biz də bəxtiyar edirik.

Sədaqət anlamayan kəsdə etibar olmaz,Sədaqət əhlinə ancaq biz etibar edirik.

Bizik öz əsrimizin indi əsil Məcnunu,Bütün gözəllərə eşq içrə can nisar edirik.

Bizim məhəbbətimizlə gözəlləşir aləm,Bu zövq ilə vətəni daima gülzar edirik.

İndi ömr sürürük sülh ilə, ədalət ilə,Bütün cahanda sülh sözün şüar edirik.

Bu şeri, Vahid, Əbülfətdən ötrü yaz oxusun,Gözəl vətənmizə bu şeri yadigar edirik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq