Qəzəl böyük ədib və şair Hüseyn Cavidə ithaf edilmişdir

Biz bir qatar tutiyi-şirinsuxənlərik,Öz nəğməmizlə ziynəti-sərvi-çəmənlərik.

Gülüzlülər təranəmizin həsrətin çəkir,Baği-vətəndə bülbüli-xoş nəğməzənlərik.

Bir kimsə bilməyir nə xərabatilərdənik,Meyxanələr müsafiri rindi-kühənlərik.

Bizdən, həmişə zövq alıb ərbabi-mərifət,Biz əhli-halə ətr saçan yasəmənlərik.

Məşuqəmiz həqiqi Züleyxayi-ərdir,Eşq aləmində Yusifi-gülpirəhənlərik.

Lövh üzrə pirimiz bizi yazmış şəhidi-eşq,Meydani-ədli-daddə gülgün kəfənlərik.

Cavid həmişə xəlqimizin xatirindədir,Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq