Mərifətdən kamil olan, ay aşıq,Şəriəti nəylə edərsən aşkar?Bey altınnan o nöqtəni bəyan et, -O nöqtədən eylə məni xəbərdar.

Yeddi daşın səkkiz cənnət yaşı var,Yerdədi-göydədi hardadı əgər.Ərşdə iki quş var - orda dən dənlər,Gahdan pünhan olur, gah da aşikar.

Deməynən ki, bu sözlərim yalandı,Aydı, gündü zümrüd ona ulaşdı.Zatı zülcalaldı, sözü kəlamdı,Peyğəmbərdən qalıb bizə mötəbər.

Mərifətdən, təriqətdən gəlmişəm,Təriqətə yol-ərkanı bilmişəm.Alı deyər özüm mətəl qalmışam,Bu çərxi-davvarın neçə dili var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq