Gördüm
İki əbrun arasında,Altı “qaf”, yeddi “lam” gördüm.“Lam”ı “qaf”ın mərkəzində,Otuz cüzvü quran gördüm.
Yüz min xandı, yüz min yavər,Müntəzirəm açılmaz dər.Əl əl üstə min peyğəmbər,Üç yüz altmış ənam gördüm.
Sevdim caharıda məsumu,Haqq bağlasın xilasımı,Bu yazıq Xəstə Qasımı,Mən bir kəmtər qulam gördüm.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-gordum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Qaraçı qız
Qaraçı qız sinəsini verib qabağaKirpiyindən, dodağından məhəbbət axır.
Xırda-xırdaÇən bürüyür gülşəni xırda-xırda,Güllə atır erməni xırda-xırda.
Qəzəl: Kuhi-Tur olsa səlabətdə dili-aşiqi-zarKuhi-Tur olsa səlabətdə dili-aşiqi-zar,Duymaya tabi-təcəlliyə yenə Musa var
Musa və çoban əhvalatıBir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.