Ay qəsrdə duran gözəl,Niyə təksən, elin yoxdu?Niyə pozğundu tellərin,Əl şanada, telin yoxdu?

Mən gəlirdim dağdan-daşdan,Sinəm yanır qəm-ataşdan,Ayrılmısan yaşılbaşdan,Tək sonasan, gölün yoxdu?

Gəl dərdin Qasıma söylə,Bağrımın başını teylə,Qonağa xoş gəldin eylə,Yoxsa, lalsai, dilin yoxdu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri