Kimi
Nə baxırsan oğrun-oğrun,Mənə biganələr kimi.Durum dolanım başına,Şama pərvanələr kimi.
Bağbanlar bəslər meyini,Dönsün seyrağıb löyünü,Yıxıbsan könlüm öyünü,Top dəymiş qalalar kimi.
Gəl gedək Çünə, Maçına,Qurbanam zülfün ucuna,Al məni qoynun içinə,İstəkli balalar kimi.
Dost qapısında dustağam,Tellərinə çox müştaqam,Yar əlindən düyün-dağam,Dağdakı lalalar kimi.
Xəstə Qasım Tikmədaşlı,Könlü qəmli, gözü yaşlı,Göldən uçdu yaşılbaşlı,Silkindi sonalar kimi.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Tər gülər SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm,
Ahular məniGecə-gündüz ağlaram mən dərində,Qocaltdı nalalar, ahular məni.
BilərOyandı sünbüllər, səcər gətdi bar,Orda min bəşər var, yeddi sin bilər.
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir