Çən bürüyür gülşəni xırda-xırda,Güllə atır erməni xırda-xırda.

Şumda çürütsəydik əgər haqq-hesabVerməz idik xırməni xırda-xırda.

Milli vəkillər o zaman gənc idi,Pir olub, artıb sini xırda-xırda.

Ustula girdi, geri çıxmır daha,Yana girir çün eni xırda-xırda.

Ustulu dar olsa da gendir cibi,Genlərə keçmiş geni xırda-xırda.

Biz dəli şeytana papış tikmişik,Fırladırıq həm çini xırda-xırda.

Kəbədə biət eləyib İslama,Kubədə boğduq dini xırda-xırda.

«Maksi»lərin razrezi çıxmış belə,Bellərə qalxmış «mini» xırda-xırda.

Parələnibdir Günəşi yurdumun,Qarəlinibdir günü xırda-xırda.

Haqqı çəkib çarmıxa, öldürmüşük,Haqqa oxu «Ya-Sini» xırda-xırda.

Borc elə, Pünhan kəfən al az qalıb,Doğrayacaqlar səni xırda-xırda.

23 aprel 1997, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq