Gülsün bu yaltaq dişlərim
Bir zamanlar dağ çəkərdi zənciyə dağ dişlərimHəm günüm ağ idi onda, həm də ki ağ dişlərim.
Ac günümdün doymuşam, tox günümçün acmışam,Çeynəmir zəncirdən özgə heç bir ərzaq dişlərim.
Hansı gün ki, sözlərim partlar qəzetdə «bomba» tək,Bax, həmən gün partlayar həm ağzım, həm çağ dişlərim.
Daxili orqana bizdə «Daxili İşlər» baxır,Söz ağzından düz çıxanda az qalır sağ dişlərim.
Boş cibimdə ac siçanlar oynayan bir dövrdə,Tərsliyindəndir işin ancaq kəsir yağ dişlərim.
Az qalıbdır ki, amerkanla dilim ortaq ola,Böylə getsə, vacib işdir olsun ortaq dişlərim.
Diş dibindən çıxdığın qoymur boşaldım Az.TBİqtidara istəyir gülsün bu yaltaq dişlərim.
Çox şükürlər lax dişimdən sözlərim lax çıxayır,Laxladar bir gün yerindən çoxların lax dişlərim.
Min təşəkkürlər ki, Pərviznən, Riad doxtur mənimQoymadı «Qulp»dan görünsün xalqa axmaq dişlərim.
Yağ kəsən dişlər səni qoy etməsin heç arxayın,Dişləyər , Pünhana kim göstərsə barmaq, dişlərim.
6 sentyabr 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-gulsun-bu-yaltaq-dislerim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu payız seçkidir, ey kəs, səs elə, səslə məni,Tələsib mənsəb üçün əs, səs elə, səslə məni.
Dilənçi cocuqDilən şəhərdə, ey cocuq, dilən, əl aç cocuq kimi,Yanaş, o varlı oğlana, yanaqları totuq kimi.
Badi-səbadan qeyriBizdə hər şey satılır, bircə həvadan qeyri,Bizdə hər şey tapılır, zülmə dəvadan qeyri.
Əzrailə satdımDəryaları aldım, xəbərin qafilə satdım,Ləlin çıxarıb, dalğaların sahilə satdım.
Başqa şairlərin şeirləri
Səninlə mən, gözəlim, aşinalıq eyləmişəm,Səni vəfalı bilib, canfədalıq eyləmişəm.
Mürəbbe: Şikar edib tutdum bir şahi-tərlanŞikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,
Ey axundEy axund, ey dirəxti-bihasil,Olma çox da təməllüqə mail,
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,