Ölümün içində
Aylarım itdi, ilimin içində,Bitli tikanlar dilimin içində.
Qanlı içimdən çölümə axdı qan,Qanlı göl oldu, çölümün içində.
Xaricə köçdükcə el əskikləşir,Əskiyi çoxmuş elimin içində.
Kimsə belin torpağa sancmır içində.Qurd yuva salmış belimin içində.
Qara nöyüt xaricə sel tək axır,Qara fikir var selimin içində.
Mavi Xəzər sehrdə, tilsimdədir,«Bermud» oturmuş gölümün içində.
Vergililər baxdı mənim bəxtimə,Xətti-cihadım əlimin içində.
Saldılar axır məni qanqallığa,Gəzdi Amerkan gülümün içində.
Hər yeri gəzdim Babanı tapmadım,Ömr sürürmüş ölümün içində.
25 avqust 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-olumun-icinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə işim var, na evim var, nə bağım var gözəlim,Nə pulum var, nə ətim var, nə yağım var gözəlim,
Dustaqlara qaldıHəsrət dolu gözlər dikilib dağlara qaldı,Yüksəkləri verdik ümüd alçaqlara qaldı.
Hambal dəbdədirİndi bu millətdə qeyri-adi bir hal dəbdədir,Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.
Sənk yuSənk yu, yevropian ünvanımızçün sənk yu,Bay ze taym tas yevro qanımızçün, sənk yu.
Başqa şairlərin şeirləri · Vətən
Əl eləyir uzaqlar,Görmədiyim torpaqlar.
Süleyman RüstəməSəni hər görəndə uçur xəyalım,Yadıma ən gözəl bir dövran gəlir.
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
El məhəbbətiŞeriylə dil açır körpələrimiz,Hər evdə, eyvanda şəkli asılır.