Yaradanım qələm çalsa gözələ,Sən sürtəsən narın üzə narın üz.Mənim kimi yazın dönsə tərsinə,Həsrət olar narın üzə narın üz.

Həsrət oldum o bağçıya, o bağa,Sinəm yanar bu düyünə, bu dağa,Qəza vurub yoldan çıxsan qırağaHəsrət olar narın üzə narın üz.

Bacarıram qabağında söz deyəm,Bülbül olub bu bağlarda gözdəyəm.Alı deyər gözəl yara söz deyəm,Sən sürtəsən narın üzə narın üz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri