Bar ilahim divan buduYetişə dada, nədi?Müxənnət haqqı unudubHeç salmaz yada nədi?Girmə nadan məclisinəQədir bilən olmasa,Hərcayı hədyan deyərBəy nədi, gəda nədi?

Zatı pakı halal olanÇaşqın olmaz xanadan,Mətləbini tez yetirərYeri-göyü yaradan.Tər gedibdi sumu salatƏlin çəkər üqbadan,Titriyər polu siratdanHeç tapmaz cüda nədi?

Ey Alı, dosta yetir,Dostdan dosta al olmaz,Həqiqətdən dərs almıyanŞəriətdən hal olmaz,Şəriətdən kamil olanYetgin olar, kal olmazGəşt eyləyər dəryalardaÇay nədi, ada nədi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq