Qış getdi, bahar gəldi
Rüzgarlar üfüqlərlə qovuşdu,Bir dadlı bahar türküsü qoşdu.Dağ selləri şimşək kimi coşdu,Donmuş suları dəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!
Gün doğdu, qaranlıq qaçılınca,Şəfqətli şəfəqlər saçılınca,Bağlarda çiçəklər açılınca,Quşlar necə kövrəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!
Qurtuldu qar altında qalanlar,Daim günəşə həsrət olanlar,Bir il darılanlar, yorulanlarDincəldi, nə dincəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!
Dağlar kimi bağlar da dumanlı,Çaylarda balıqlar həyəcanlı,Yollarda kəsəklər belə canlı,Daşlar, sular incəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!
Gerçəklədi röyalı könüllər,Dünya dolu xülyalı könüllər,Xülya dolu sevdalı könüllərYüksəklərə yüksəldi, ay ellər,Qış getdi, bahar gəldi, ay ellər!
Ankara, 1987
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-qis-getdi-bahar-geldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
İqbalnamə, fəsil 40Müğənni, bu gecə çəngini saz et,Məni bu dar yolda qəmdən xilas et!
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.