Bu qədər baş vermə, səməndər, yaza,Düşərsən ayağa, başına qurban.Yazığam, ömrümü vermə güdaza,Qəmzəli gözünə, qaşına qurban!Bir qara buludam uca göylərdə,Bu qara baxtımla bizim ellərdəSən neçin ağlarsan mən duran yerdə,Nərgiz gözlərinin yaşına qurban?Sinən billur kimi, altında daş var,Bilməzsən könlümdə nə iğtişaş var,Nə qədər ki, mənim gözümdə yaş var,Olsun ürəyinin daşına qurban!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar