Yeni on dörd yaşa girmişdi bu yazSarışın, nəşəli, xırçın Gülnaz.O gəzinmişdi əzəldən başaçıq,Yoxdu ruhunda sönüklük, varlıq.

Sadə quşlar kimi pərvasızdı,Yerə sığmaz uçağan bir qızdı.Ibtidai savad almış bu sənə,Say vurulmazdı sıcaq nəşəsinə…

Aradan keçmədi bir öylə zamanBu dönüş Gülnazı sarsıtdı haman.Səslənib evdə uğursuz bir zəng,Sardı ətrafı uzaq bir ahəng.

Elçilər gəldi təbəssüm edərək,Dedilər: – "Ceyranı" lazım görmək;Çünki bizlərdə onun ovçusu var.Müxtəsər, elçi gələn arvadlar

Gördülər xoşladılar qızcığazı,Baxdılar Gülnaza min kərrə azı.Bilmədən öylə nişanlandı ərə,Tutulub qaldı tükənməz kədərə.

Aradan keçdi nəhayət iki il,İl deyil, hər biri bir dağ təki il.Gülnaz artıq böyümüş pək məğrur…Üz-gözündən saçılır şeir, qurur.

Dedi bir gün Gülnaz: – Yaxşı, ana,Eybi yox mən ki, nişanlandım ona.Söyləyirlər ki, onun yox savadı,Bir yığıncaqda çəkilməzmiş adı.

Bir də çox köhnə fikir sahibidir,Əski, pək əski adamlar kibidir.Məktəbə getməyə qoymaz ki, məni;Annə, bilməm ki, kim aldatdı səni.

Bu yamandır ki, eşitməzkən adın,Məni sən gör kimə qoşdun, caladın!

Annəsi:Bax, qızım, bax, olan olmuş, keçmiş;Bax, qızım, yaxşı deyil məncə bu iş.Doğru, yoxdur savadı, var parası;Olma gəl annənə, yavrum, ası.

Gəl, quzum, sözlərimə bir qulaq as,Çıxma yoldan, çox ayıbdır, Gülnaz!Sənə göndərmiş ipək bir çarşaf,Öylə çarşaf ki, camalın kimi saf.

Dur da bir sal başına, nazlı bacım,Qalmasın bəlkə bu könlümdə acım!Gecə səssizdi gülümsərdi qəmər;Yoxdu heç şeydə siyahlıqdan əsər.

Vardı gözlərdə, könüllərdə gülüş,Dadlı bir çarədir hər dərdə gülüş.Yırtaraq ay gecənin örtüyünü,Məhv qılmışdı o zülmət yükünü.

Hər tərəf parlaq, üfüqlər ləkəsiz,Yoxdu göylərdə buludlardan iz.Bu nəsihətdən olan şən GülnazQəmli "ilul" kimi tutqundu bir az.

Azacıq hər tərəfi sardı sükut,İndi Gülnaz mütəhəyyir, məbhutDüşünürkən, coşaraq qızdı baqın,Oldu sellər kimi darğın, daşqın,

Dedi: – Annəm, bu qeydsiz hərəkət,Bilmədən yapdığın, adsız hərəkət,Nə üçündür, nə deməkdir, göstər!Bu nəsihət mənə aidmi məgər!

Get zibilliklərə at çarşafını,Mənə qandırma uğursuz lafını.Mən nə çarşaf, nə də bir ər tanıram,Yalnız ən tazə əməllər tanıram.

Məqsədimdir oxumaq, öyrənmək,Əməlim daim uçub yüksəlmək.Yox, bulandırma o sözlərlə məni,Süzmə, dur, şübhəli gözlərlə məni!

Annə, keçmiş o nəsihət vaxtı,Çünki gəlmiş yeni söhbət vaxtı.Hünərin varsa bu gündən söylə,Məni aldatma çürük fikrinlə!

Əsrimin mən gözaçıq yavrusuyum,Başqadır indi xəyalım, arzum.Oktyabr mənə vermiş qüvvət,Bir qızıl duyğu və bir ülviyyət

Ki, onun sayəsi altında mənəYeni insan gücü gəlmiş, annə!Xəbərin yox, annə, mən komsomolum,Tutduğun yoldan uzaqdır bu yolum.

Bu yolun yolçusuyam mən, annə,Nə deyirsən bu işə sən, annə?Bax, yarın dərsimi ikmal edərək,Şövq ilə getməliyəm kəndə, bu pək,

Pək müqəddəs əməlimdir, məncə…Bax, gərək kəndlərimiz ürfancəAçaraq şəhpər ucalsın fələkə.Məni sən anlamıyırsan bəlkə…

"Bəsləmişdir məni qoynunda bu gün","Bu günün hökmünü öyrən və düşün".Bitirib sözlərin artıq Gülnaz,Annəsin süzdü dərindən o bir az,dedi:

Istəyirsən yenə azacıq danışım.Dedi aninəsi:Bu sözündən, bala, çıxmaz ki, başım!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri