Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Saqi, səhərdir, sun bərü, cami-Cəmi nuş edəlim,Bu səngisar olmuş səri ol camla sərxoş edəlim.
Ruh ilə əqli rah ilə layəqəlü məst eyləyüb,Dəhri-zamanın qüssəsin bir dəm fəramuş edəlim.
Bu əql möhkəm qeyd imiş üşşaqə, gördük, ey rəfiq,Gəl cəhd edüb, duruşalım, ta anı sərxoş edəlim.
Gəldim qəbiçə geydürüb, rəz qızı bir qucalım,Adın anın cismi-lətif, ruhi-göhərpuş edəlim.
Çünkim zəminü asiman, gördük, sima eylər müdam,Gəl biz dəxi meyxanədə şol xum kimi cuş edəlim.
Qoy mədrəsəylə məscidi sufivü şeyxü vaizə,Piri-muğanın camını deyr içrə biz nuş edəlim.
Ey saqiyi-ruhi-rəvan, bir dolu sun, billah, rəvan,Ta kim Həbibi dərvişi biəqlü bihuş edəlim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Şol kim edəcəkdür müdam, gəl edəlüm biz sübhi-şam,Ey piri püxtə, olma xam, demə ki, uş, uş edəlim.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-saqi-seherdir-sun-beru-cami-cemi-nus-edelim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Billah, səhərdir, saqiya, doldur bərü cam, içəlüm,Layəqəlü məst olalım, biz rindü bədnam, içəlüm.
Can içində dərdi-eşqin olalı, cana, müqimCan içində dərdi-eşqin olalı, cana, müqim,Gözlərindən sayru könlüm oldu sağü müstəqim.
Mana mehri ermədi sən məhliqanın, neyləyimMana mehri ermədi sən məhliqanın, neyləyim,Axın olmadı bu cövrü cəfanın, neyləyim.
Gər səninçün qılmayam çak, ey büti-nazik bədənGər səninçün qılmayam çak, ey büti-nazik bədən.Gorum olsun bu qəba, əgnimdə pirahən-kəfən.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Riyazətsiz, könül, bu nəfs bir tövsəndi, ram olmaz,Buna cövlangəh ərsə-ərz ola, seyri tamam olmaz.
ای شاه جهانگیر جهاندار جهانجویعید است و لب یار و لب جام و لب جوی
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Saqi xumari-eşqəm, bir mey gətir, amandırSaqi xumari-eşqəm, bir mey gətir, amandır,Həsrət və intizarəm, halım yenə yamandır.