Dost-mehriban ya bir olar, ya ikiMolla Cümə

Uzaq eldə gedib yatan xəstənigəlib görən ya bir olar, ya iki.Sayma mənə sinəsinə döyəni,sinə gərən ya bir olar, ya iki.

Can dediyin axtararsan, yox olar,sən ac olsan, o dar gündə tox olar.Düz deyiblər, ürək verən çox olar,çörək verən ya bir olar, ya iki.

Yaxşı şeydi bir yaxşı dost, mehriban:gələ-gedə ayrılmaya yanından.Hər yetənə çox üz vurma, Nəriman,üz göstərən ya bir olar, ya iki.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri