Nəzmi-şəkərbarın gəldi yetişdi,Ay Qasımın püştü pənahı Məmməd!Əcəb tanıyıbsan çərxi-bədkarı,Pir olasan görüm, vallahı, Məmməd!

Onun kimi bir əcuzə hiyləgər,Tapılmaz, gəzəsən cəhanı yeksər;Bir dənizadəni tacvər eylər,Göz ucilə qılsa nigahı, Məmməd!

Çün özü dişidir, sözü dişini,Sizdən yaxşı mən bilirəm işini,Nəzər salıb bir ... kişiniİranın eylədi padşahı, Məmməd!

Bəslədi Teymuri-Ləngi bir müddət,Geydirdi əyninə qəbayi-heşmət;

Kor Səlimə verdi nə növ dövlət,Müşküldü eyləmək siyahı, Məmməd!

Mədəni-xətadır, nəfindən əl çək,Ayaqlar hər yerdə fəqiri görcək;Yastıpapaq eylər kimini mən tək,Kimi başa qoyar küllahı, Məmməd!

Cahanə, bişübhə, gedəcək gələn,Bu yer deyil, bizə ayrıdır vətən;Başa yetib ömür, indi sən və mənOruc tutaq gərək sə mahı, Məmməd!

Bəy ikən adımız olub mülkədar,Rəiyyət indidən bizə ... atar,Ellik ilə bu həlatə nə ki, var –Gərəkdir ki, çəkək yüz ahı, Məmməd!

Bundan isə yeydir diyari-qürbət,Al başını, dur get, əlbət, səd əlbət!Var isə məhrəmin, bir soruş xəlvət,Nə idi bu xəlqin günahı, Məmməd?

Bu dövri-fainədə bulmadıq vayə,Ömrü verdik əbəs-əbəs fənayə;Gəl Məhşədə gedək, ya Kərbəlayə,Budur kolanımın kütahı, Məmməd!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri