Sənin telefonun səninki deyil,ordakı nömrələr neçə əl görüb.Dartıb heç özünü qurutma, qafil,o masa nə qədər daş heykəl görüb.

Demə sən atlısan, kimsə piyada,zamandı dəyişir, dönür tərsinə.Kimsə səndən qabaq əyləşib orda,kimsə səndən sonra gələcək yenə.

Çatıb qaşlarını elə baxma gəl,çalış ki, gülməsin üstünə yadlar.Adını yazdırıb gözə soxma gəl,qalan qapılardı,dəyişən adlar...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri