Ərdəbildə bir İsgəndər vardı.Küçə-küçə gəzib duz satardı.Eh, nə vaxtdan tanıyıram onu,Ancaq görməmişəm neçə ildir.Ölmüşmü?Sağmı?Bəlli deyil.Hər dəfə onu düşünəndə deyirəm,atalar gözəl deyib:“Dünya yaxşı adamlardan xali deyil”.İstəsəydi mirzə olardılap sələmçibaşına,şəhərin baş küçəsindəhücrədə oturardı.Daha düşməzdi küçələrin qarına,yağışına...Düşür yadıma,qışda çayxanada,yayda örtülübazarın kərpic səkisindəsöhbət etdiyimiz günlər.Necə də şirin danışardıkiminin “duzçu”,kiminin “babı” adlandırdığıİskəndər.Görəsən sağdırmı?Sağdırsa əgər,yenə də çiynində duz şələsi,əlində həşyəsi yazılı mis piyaləsi,şəhərin əyri, ensiz küçələriləaddımlayır ağır-ağır,duz paylayır.Bəlkə ölüb?Əgər ölübsəGörən hansı qəbiristanda basdırıblaronuAxı, şəhərdə hamı bilirdiİskəndərin babı olduğunu.Diriliyində dişləri batmayanlarYəqin ölüsündən çəkiblər hesabını.Mollalar qəbiristana qoymayıblarbabını.Bəlkə bağ meşədə,kiçik həyətindəkitək çinar altında yatır indi?Görəsən şəhərin dalda küçələrindəçaxçaxlı qapıları döyüb,başı çadralı,əlləri hənalıqaraqaş, qaragöz gəlinlərəkim duz satır indi?Bəlkə də sahibsiz qalıbtorbası, camı?Bəlkə də İskəndərin ölüm xəbərinişəhərdə eşitməyib hamı?Bəlkə də neçə gəlin, neçə anahələ də gözləyir onun yolunu?Taxçadakı kasaya qoyublarnisyə aldıqları duzun pulunu?Gözləyirlər gələcək yenə.Yəqin inanmırlarDuzsatan İskəndərin ölməsinə.Doğrusu, mən özüm də inanmıram –Ölə İskəndər.Hələ yadımdadır ilk görüşümüz.Örtülübazarda,səkidə oturmuşduq ikimiz.Önümüzdə iki stəkan çay vardı,yanımızda bir torba duz.O belə başladı söhbətini,bir az zarafat, bir az ciddi:“Dünyada üç İskəndər var:biri mənəm.

Biri kefli İskəndər,o biri Zülqərneyn.Başqasını tanıyırsınız, deyin?İskəndər çoxdu bilirəm.Ancaq tarixdə qalanı üçdür.Yəqin bu sözlərimsənə birtəhər gəlir.Onda mən heç...İkisini tanıyırsan yəqin,Axı tarixdə adı var Zülqərneynin.O biri, dünyaya ayıq gəlib,keflənib dünyanın qəmindən.Müsəlman doğulsam da,görürsən indi “kafir” olmuşam mən.Belə də gedəcəyəm həyatdan –əliboş,könlü xoş.Nə pul yığmışam, yük olubçiyinlərimi əysin,nə borcum qalacaq bir kəsə.Buyursun, haqq-hesab məlakəsi gəlsin.Nə cənnət həvəsindəyəm,nə də cəhənnəmdən qorxum var.Nə ehsan istəyirəm,nə rəhmət oxusunlar..Keçən il belə dedim molla Ələkbərə.Acığı tutdu yaman,dedi: – Əl çək bu babılığından,Qayıt müsəlman ol,Dua edərik,tövbəni qəbul edər Yaradan.Dedimnə sizin kimi xadim ola billəm,nə də heç nəyi qanmayan müsəlman.Mənalı-mənalı baxdıgözlərimin dərinliyinə,susdu bir qədər.Dedinə qazanarsanbu duz şələsinin hamısını satsanəgər?Dedim.birgünlük çörək pulu aparıram evəhər axşam.Hələ yadıma gəlmirikigünlük xərci bir gündə qazanam.Sevincdən qaçdı dodaqları,tələsik dedi:ya Məcitcamedə,ya Cüməməsciddə,yeddi rükət namaz qıl gündə,ailənin xərci məndə...Doğrusu qaraldı qanım,Dedim yaşımın bu vaxtındadeyirsən təzədən aldanım!Hardan alırsan sən öz xərcini?Kimin hesabınasaxlamaq istəyirsən məni?Buna razı olarmı ağan?Gördü bir xeyir aparmayacaqbu danışıqdan,dəyişdi üzünün mənası.Dedi sən asi olmusan, asi!Axirətə bir şeyin qalmamış,Get duzunu sat,çox bilirsən az danış.Ancaq mən danışaram hər gün yenə.Eşidir, məhəl qoymur,Hətta acıqlanır da xəbərçilərinə:“İşiniz olmasın.Satdığı duzun acısı çıxıb dilinə...”Danışıram,nə sadəcə inaddır bu,nə də şöhrət arzusu.

Axı, həqiqəti deyənin olmur qorxusu.Nədən qorxacağam,Həllac Mənsur kimişəhər meydanında dara çəkilməkdənmi?Yoxsa Nəsimi kimidərimin soyulmasından?Hər ikisinə razıyam, inan.Ancaq etməzlər,qorxurlar, əqidəm aşkara çıxa,beş tanıyanımo zaman yüz ola.Min-min müsəlman dönübdinsiz ola.Mənə nə var ki,onsuz da babıdır adım.Nə dinim var, nə etiqadım.Heç nəyə inanmıram desəm,düz olmaz.İnanıram,bu duzdur,əl dəyirmanındagecələr səhərə kimi əzilən zəhmətimi,qapı-qapı sürünənyorğun ayaqlarımın qüdrətinisatmasam,ac qalaram axşam.İnanıram,ölmək üçün doğulmuşam,Ancaq məhv olmayacağam.Çünki məhv olmur yaradan,Haradasa, nədəsə yaşayır yenə.Mən də zərrə-zərrə əzilibqarışıram duz danələrinə.İnanıram,insandır ən böyük yaradan,Hər şeyə qadir.Əlindən yaxşı da,pis də gəlir.Axı, mən də insanam,demək,ikilidir xasiyyətimin cövhəri.Yaxşı olmaq üçünməhv etməliyəm bir yarımı.Pis də ola bilərəmyaxşımı məhv etsəm əgər.Mənə belə gəlir,bir bütöviki yarıya dəyər.Nə olsan, tam ol, –yaxşı, ya da pis.İkili olsanızHər şeyi itirərsiniz.Zərgər ola bilərdim,olmadım.Niyə?Xalqın qızılını,özümün vicdanımızərrə-zərrə oğurlayıbdoldurmaq istəmirəm mücrüyə.Duzdan çıxan çörəyimağzımda şəkər dadır.Sən özün də bilirsənadamlar bir-birini necə də aldadır.Məni hamı tanıyır Ərdəbildə,uşaqdan böyüyə qədər.Kimi “Babı İskəndər” deyir,kimi “Duzlu İskəndər”.Qoy kim necə istəyir desin.Toxunmaq istəmirəm qəlbinəheç kəsin.Fəqət bir nəfər deyə bilməztoyuğuna kiş demişəm.Ancaq hamı bilir,ömrüm boyubir qarışqa kimi işləmişəm”.

Neçə il görüşdük.Neçə il danışdıq beləcə.Bəzən mübahisə edərdim onunlaÖz düşüncəm, öz biliyimcə.O kamal dövründə idi,Mən cavandım.Elə bilirdim həyatgördüyüm, bildiyim bu aləmdir.Duzçu İskəndərHəyatdan əfsanələr nəql edir...Belə sanırdım o zaman:ən böyük hikmətdünyanın kürə olmasıdır.Bir gecə-gündüzdəyerin bir dəfə fırlanmasıdır.Bunu da bilirdim,Demək, hər şey aydın idi mənimçin.İndi oturub düşünürəmhərdən için-için.Gör nələr varmış o İskəndərinduzlu sözlərində.Zarafat da etsə,yerində demiş, yerində.“Üçüncü İskəndər” olardı,arxasında duranı,qolundan qaldıranıolsaydı.Fikirləri çin-çinbir kitab içinə yığılsaydı.Kitablar ölkə-ölkə,el-el dağılsaydı.İskəndər olardı,“Babı” deyəağzından vurmasaydılar əgər.Fikirlərini lənət qılıncıyladoğrayıb qırmasaydılar əgər.Neçə ildir görməmişəmduzsatan İskəndəri.Hərdən düşür yadımaqayğıdan, zəhmətdənqırış-qırış olmuş sifəti,bir də sözlərinin hikməti.Deyirəm:Xalqın dərdinə bax,fikirlərində hikmət axını,arxasında duz şələsi,küçələri dolanırbir əsri heyran etməyə qadir olanonun filosof oğlu,filosof balası.Düşür yadıma,deyirəm, nə olaydıo zaman kinoya çəkəydilərduzsatan İskəndəri,Dalının şələsi,əlinin camıyla.Özü danışaydı hamıyla...Eşidəydilər onu,Üzünü tutub salonaDeyərdi: Görün nəyə qadir ikənNə günə qoymuşlarbir millətin oğlunu.Fəqət, nə kinoya düşdü,nə də kitabda qaldı adı.İndi mənim kimineçə nəfər xatırlayır:“Ərdəbildə duz satanBir İskəndər vardı...”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri