Xosrov və Şirin, fəsil 83
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
نکیسا چون زد این طیاره بر چنگستای باربد برداشت آهنگ
به آواز حزین چون عذرخواهانروان کرد این غزل را در سپاهان
سحرگاهان که از می مست گشتمبه مستی بر در باغی گذشتم
بهاری مشگبو دیدم در آن باغبه چنگ زاغ و در خون چنگ آن زاغ
گلی صدبرگ با هر برگ، خاریبه زندان کرده گنجی در حصاری
حصاری لعبتی در بسته بر منحصاری قفل او نشکسته دشمن
بهشتی پیکری از جان سرشتشز هر میوه درختی در بهشتش
ز چندان میوههای تازه و ترندیدم جز خماری خشک در سر
پریرویی که در دل خانه کرده
دلم را چون پری دیوانه کرده
به بیداری دماغم هست رنجورکز اندیشهام نمیگردد پری دور
و گر خسبم به مغزم بر دهد تابپری وارم کند دیوانه در خواب
پری را هم دل دیوانه جویددر آبادی نه در ویرانه جوید
همانا کان پری روی فسون سنجدر آن ویرانه زان پیچید چون گنج
گر آن گنج آید از ویرانه بیرونبه تاجش بر نهم چون در مکنون
به خوابِ نرگس جادوش سوگندکه غمزهش کرد جادو را زبانبند
به دود افکندنِ آن زلف سرکشکه چون دودافکنان در من زد آتش
به بانگ زیورش کز شور خلخالدر آرد مرده صد ساله را حال
به مروارید دیباهای مهدشبه مروارید شیرینکار شهدش
به عنبر سودنش بر گوشه تاجبه عقد آمودنش بر تخته عاج
به نازش کز جبایت بینیاز استبه عذرش کان بسی خوشتر ز ناز است
به طاق آن دو ابروی خمیدهمثالی زان دو طغرا بر کشیده
بدان مژگان که چون بر هم زند نیشکند زخمش دل هاروت را ریش
به چشمش کز عتابم کرد رنجوربه چشمک کردنش کز در مشو دور
بدان عارض کز او چشم آب گیردز تری نکته بر مهتاب گیرد
بدان گیسو که قلعهش را کمند استچو سرو قامتش بالا بلند است
به مارافسایی آن طره و دوشبه چنبر بازی آن حلقه و گوش
بدان نرگس که از نرگس گرو بردبدان سنبل که سنبل پیش او مرد
بدان سی و دو دانه لؤلؤ ترکه دارد قفلی از یاقوت بر در
به سحر آن دو بادام کمربندبه لطف آن دو عناب شکر خند
به چاه آن زنخ بر چشمه ماهکه دل را آب از آن چشمهست و آن چاه
به طوق غبغبش گویی که آبیمعلق گشته است از آفتابی
بدان سیمین دو نار نرگس افروزکه گِردی بستد از نارنج نوروز
به فندقهای سیمینش ده انگشتکه قاقم را ز رشک خویشتن کشت
بدان ساعد که از بس رونق و آبچو سیمین تخته شد بر تخت سیماب
بدان نازکمیانِ شوشهاندامولیکن شوشهای از نقره خام
به سیمین ساق او گفتن نیارمکه گر گویم به شب خفتن نیارم
به خاک پای او کز دیده بیش استبدو سوگند من بر جای خویش است
که گر دستم دهد کآرم به دستشمیان جان کنم جای نشستش
ز دستم نگذرد تا زنده باشمجهان را شاه و او را بنده باشم
Nikisa dayandı, susdu avazı,O yandan səsləndi Barbədin sazı.
İraqlılar kimi yüksəldi səsi,Axıtdı tellərdən İraq nəğməsi:
"Dostun nəsimini duyur dimağım,Xəznə xəyalını görür çirağım.
Bizim arxa hardan gəlmişdir bu su?Hansı yelin xoşdur belə qoxusu?
Sərv baş qaldırdı yoxsa göylərdən,Ondan oldum belə başı uca mən?
Yoxsa, tərk edəndə günəş gəlini,Cəmşid gülzarına səpmiş telini?
Məgər pəncərəmdən ay düşdü yenə?Gecə qərq olmuşdur nur dənizinə?
Yoxsa, behiştdəndir əsən bu yellər,Sevinc əsər etdi mənə bu qədər?
Görünür qonmuşdur qola ağ tərlan,Gecə can qurtardı qara qarğadan.
Bəlkə bizimlədir həyat verən su,Getdikcə canlanır həyat arzusu.
Yoxsa bəxt yandırdı yenə təzə şəm,Pərvanətək yanıb külə döndü qəm.
Yəqin dodağından səpdin bal, şəkərKi, hər bir tərəfdən gəlir bu xəbər.
Ey bəxt, o yara de: ey nazlı nigar,Bəsdir bu ayrılıq, bəxtimi qaytar!
Yaxşılıqdan başqa xislətin çoxdur,Sözüm mərd sözüdür, yalanı yoxdur.
Mən arpa əkərək, buğda dərmişəm,Buğdanı göstərib arpa vermişəm.
Baxma acıqlandım tərsliyimdən mən,Könlüm səninlədir, özün bilirsən.
Əlini kəsməzlər hind oğrusunun.Çünki mərdliyi də yox deyil onun.
Şahlıqdan qəlbimdə fərəhim yoxdurAncaq bu dünyada dərd-qəmim çoxdur
Ürəyim sızlayır qəmdə, kədərdəO hansı zalımdır düşməsin dərdə?
Ayrılıq qorxusu ürəyimdədir,Hicrandan qorxmayan, bir söylə, kimdir?
Qəmindən ruhumun ümidi soldu,Bəxtim ələmlərin tapdağı oldu.
Qəlbim mənim deyil, zülfündən kənar,Odur bağlanmışam zülfünə, ey yar!
Dodağınla xəlvət söhbətim çoxdur,Bundan vacib mənim bir işim yoxdur.
Əgər öz yanına buraxacaqsan,Necə gül yerinə səpirsən tikan?
İçi məlhəm dolu o dodaqlarıVer mənə, qurtarmaz onların barı.
O abi-həyatdan nə olar ki, sənBu yazıq yoxsula bir pay verəsən?!"
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-83
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünya görmüş kişi başladı sözə:O dünya axtaran yetişdi düzə.
Xosrov və Şirin, fəsil 36Cütçü saf tum səpsə torpağa əgər,Şübhəsiz torpaqdan saf tum göyərər.
Xosrov və Şirin, fəsil 37Asimantək, yaşıl geymiş o qocaCavan budaqları işə salınca.
Xosrov və Şirin, fəsil 38Gəzməyə çıxmışdı şah bir gün erkənYanında Şirintək gözəldi çəmən.