Ya Rəbb, bu elin bülbüli-şeydalari qaçqın,Bağbanı didərgin güli-rənaləri qaçqın.

Rüsvay elədi qız gəlini erməni alçaq,Pünhan eləyən sirrini Leylaləri qaçqın.

Fərhadlarım ta ki, şəhid oldu, ilahi,Şirinlərimin qəlbdə sevdaləri qaçqın.

Çöllərdə, çadırlarda qalan körpələrim vay,Bir parça çörəkçün gecə röyalari qaçqın.

Qəm şairinin göz yaşı axdıqca qələmdən,Nəmli varaq üstündəki misraləri qaçqın.

Gər erməni görməzsə qulaqların öz əlində,Nəmli varaq üstündəki misralari qaçqın.

Gər erməni görməzsə qulaqların öz əlində,Vallah bürüyər dalğalı dəryaləri qaçqın.

Bir gün gələcək ki, Zamanın Sahibi ilə,Pünhan salacaq aləmə tərsaləri qaçqın.

3 dekabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq