Dil saçından oldu sevdayi mizac,Cana, şirin ləblərindən et əlac.

Eyni candır əllərindən zəhri-nab,Sənsiz abi-zindəgi milhi-ücac.

Ənbəri-sara saçından oldu xak,Nafeyi-Çin necəsi bula rəvac.

Hüsnünin razın necə saxlaya dil,Gizləmək mümkünmi misbahi zücac.

Cövhərindən xaki-pakin, ey sənəm,Erişən baş olmadı möhtaci-tac.

Bu Həbibi dünyəvü üqbadə bəsHəsrətindən qeyrə etməz ehtiyac.

Məqtə — şairin təxəllüsü olan son beyt. Olmadan bu badü atəş xakimiz,Mahi-mehrinlə bulaydı imtizac.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri