Yaz
“Heydərbaba!” yaz günəşi parlayır,Gülə dolmuş yaşıl bağlar, göy çayır.Quşlar oxur çiçəklənmiş bağlarda,Sürü otlur dərələrdə, dağlarda.Su səsindən çöldə qulaq tutulurİlıq külək dam-bacanı qurudur.Yenə kotan işə düşmüş tarlada,Güllü tuman, yaylıq uçur havada.Nə el üçün, nə yurd üçün, şan üçünArvad, kişi çalışırlar xan üçün.“Heydərbaba”, kəndli xana borcludur,Bilirsən ki, borclu namərd quludur.Tüstülərsə onun bu gün ocağı,Borca gedər sabah qabı, qacağı.Zülm əlindən məgər şirin su içər?Qara günlər məgər ondan vaz keçər?O zaman ki, duman dağı bürüyərPalçıq damda onun canı çürüyər.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-yaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Anam üçünYelkən öpüşü tək quru yaprağın,Sükutu titrətdi, durğun suları.
Ayın kölgəsiGümüş kölgə salıb qarlar üzkərə,Asimanda büllurlanan donuq ay,
Gecələrin nəğməsiTitrədir gecənin mərmuz əlləriAtlas pərdələrin saçaqlarını.
Başqa şairlərin şeirləri · Vətən
Məsciddə bu il hökm elədi Molla Süleyman,Bir gündə gərəkdir kəsilə Bakıda qurban.
GörəndəSöylə mənə, ey şapka, nədir səndə əlamət,Baş yendiririk doğrudu bir xanı görəndə,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Günəşin köməkçisiBakıDünyaların sirrini