Nə anladıq?
Nə anladıq gəlib keçən günlərdən?İldırımlar çaxdı, işıq əridiDamarlarda soyuyaraq isti qan,Vücudumuz qırıq-qırıq əridi.
Bulud kimi kölgə saldıq dağlara,İz qalmadı gəzdiyimiz yollarda.Güvəndik ah, o güllənən çağlara...Bahar keçdi, xəzan çağı dağlarda,Nə gül qaldı, nə bir meyvə, nə yarpaq.Bir səs qopdu bağçalardan, meşədən.– Yoxluq, – dedi, – dur gəl bizə ol qonaq.
Münəccim tək hər şey mənə aydındır:Yağış yağıb bir çox güllər açacaq.Şimşək çaxıb, guruldarkən dağ, dərə,Sellər coşub qara tufan olacaq.Əldən-ələ seyr edərək dəftərimEl içində şerim hay-küy salacaq.Keçməyincə gözəl Leyla karvanı,Gecə-gündüz gözüm yolda qalacaq.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-ne-anladiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Üzündən ol günəş rüxsar ta məcər çəkib durmuş,Özün bir guşəyə ondan məhi-ənvər çəkib durmuş,
Nə deyirBağban qardaş mənim vəsfi halımı,İntizarlı yara de, gör nə deyir.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,