Nə deyir
Bağban qardaş mənim vəsfi halımı,İntizarlı yara de, gör nə deyir.Etibar üzməsin mən beynəvadan,Gözəl laləzərə de, gör nə deyir.
Sevda sirə endi, nə gəlir əldən,İşarət vəsf eylə şeyda bülbüldən.Şikayət qəhrini deyəndə dildən,Sidqi hülüskara de, gör nə deyir.
Şenlik cəbr ucundan çəkər cəfayı,Təbib sən ol, eylə dərdə davayı.Beyqəfil gəzərkən, mən benavayı,Saldı bu efkara, de, gör nə deyir.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-senlik-ne-deyir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Şərəfnamə, fəsil 11
Aç dehqan küpünü, sən ey saqi, dur,Badəmə şəkərdən şirin mey doldur.
Keçən xatirələrKeçən xatirələr yanar od kimi,Könlümü yandırar, yanıram hər gün.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
بتی چون رامش اندر می مهی چون دانش اندر جانبلای دل بدو سنبل شفای جان بدو مرجان