Gün boyarkən dağı, qapı açılar,Palçıq divar ardı görünər bahar.Gecəylən açılmış məxməri güllər,Yarpaqlar içindən üzümə gülər.

Burası Qızıl su, bizim yurdumuz,Təbrizin gözündə işıqlı ulduz.Səhəri aydın və şəfəqi rəngin,Yaşıl bağçaları bir cənnət təkin.

Pəncərə açılar, tərpənir pərdə,Allı-pullu gəlin eyləyir xəndə.Çıraq kimi yanır hər səhər çağıSulayıb süpürür, damı, otağı.

Bürünc səmavara od salır, sonraBəsti götürüb və gedir bayıra.Məscid anbarından sərin su daşır,Gün düşür üzünə, gözü qamaşır.

Kilimi döşöyir, açır süfrəni,İncə bir səs ilə çağırır məni.

Gün yayılanda və bostanda gah-gah,Onu gözətləyir qurulu dəzgah.O cecim toxuyur, qırağı çin-çin,Bir tikə çörəklə yaşamaq üçün.

Gəlin gecə-gündüz çalışır, amma,Əyini bəzənmir, zəngin olmur da.

Gün boyamır artıq dağı, dərəni,Gəlin çağırmayır bir daha məniBurası Qızıl su xaraba diyar,Xaraba diyarda könülmü açar?

Məxməri güllər ah, payızla solub,Sazlı-sözlü evə matəmlər dolub.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar