Dağdan ay çıxar, ağ pəncə açar,Yaralı könlüm dərdlərə dolar,Üzünə baxdıqca quşum qonarOyan, oyan, ey sevgilim, oyan!

Eşidilən səs karvan səsidir,Odlanan şamın son nəfəsidir.Aşıq Qəribin hicran bəsidirOyan, oyan, ey sevgilim, oyan!

Məşriqdən çıxır ülkər ulduzu,Canda atəş var, ürəkdə suzi,“Qara çəmən”in sarışın qızıOyan, oyan, ey sevgilim, oyan!

Yel əsib, quru xəzəl tökülür,Ülkər batır, dan yeri sökülür.Çox yorğunam, dizlərim bükülür...Oyan, oyan, ey sevgilim, oyan!

Yaralıyam ah, üz-gözümdür qan,Ölüm göz önündə, verirdim can,Bir içim su ver, yanıram aman,Oyan, oyan, ey sevgilim, oyan!

Qoy su içib də öpüm alnından,Tökülsün bir az saçlarına qan,Məni bəkləyir qara karivan...Oyan, oyan, ey sevgilim, oyan!

Dünyanın əhli qan yaş silməzdir,Əcəlin peyki aman bilməzdir,Gecə yolçusu gedər-gəlməzdir...Oyan, oyan, ey sevgilim, oyan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri