Parıldayır inci tək səhər çağında,Fəcrin göz yaşları yarpaqlar üstə.Buludlar aşır uca dağları,Sürünür kölgələr otlaqlar üstə.

Çardaqlara qonan günün işığı,Öpür Dəmirlinin dodaqlarından.Yarpağın səsi tək sevdalı ahəng,Eşidilir kəndin bulaqlarından.

Nişanlı qızların baxışlarındaÜmid alovları olur nümayan.Hər yerdə açılıb qızıl çiçəklərAzadlığın günü doğan zamandan.

Yaşıl tarlalarda bitən sünbüllərKəhrəbayi xirmən hazırlamazmı?Bunca sarı gül tək açan gəlinlərYeni bir dünyayi qurmağa azmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar