1945-ci ildə
Söndü qanlı şəfəqlərin, keçdi sakit bir gecə,Dəyişildi bir gecədə bu dünyanın səfhəsi?Sədəf rəngli fəcr açıldı uzaqlardan, dənizdən,Yerdən göyə qanadlandı səhər zəfər nəğməsi.Qızıllanan sular içrə nilufərlər açıldı,Oda yanan Berlin üstə al bayraqlar sancıldı.
Berlin düşdü, fəqət uzaq dənizlərdə yaponlar,Yanar dağtək alov, atəş püskürürdü sularda.Çinlilərin evin yıxıb xərmənini yaxarkən,Səcdə qılıb padşaha, salmadılar heç yada!İnsanların naləsini, qorxusunu AllahınBoğmaq üçün gözlədilər fərmanını bir şahın.
Onların da dövranları çox sürmədi,Bir gecə bir sehrli qüvvə ilə ürəkləri partladı.Qızıl Ordu hər tərəfdən sərhədləri keçincə,İngiltərə, Amerika adalara adladı.(Günəş oğlu) imperator buludlarda qaraldı,Ürəyində təzə açan qızıl güllər saraldı.
Söndü qanlı şəfəqlərin, 1945-ci il.Sədəf rəngli fəcr açıldı səhralarda, dənizdə.Qan ağlayan dünya güldü, açdı əməl gülləri,Dünya xalqı sevinərkən, gülümsədi Təbriz də.Azadlığın bayrağını Ərkin üstə taxdılar,Yenə sönmüş məbədlərdə məşəlləri yaxdılar,Sən doğdunsa qanlar içrə 1945-ci il.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-1945-ci-ilde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
مهر نخوشه جا دهد مه به دو پیکر آورد
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Şirin-şirinTalib oldum bir bağbanın bağına,Bağban bəsləyibdir bar şirin-şirin,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,