Çən basıb dağları, sərindir havalar,Payız zamanıdır köçüb obalar.Dövranı gəlibdir qara buludun,Sönübdür ocağı müqəddəs yurdun.Daxmalar sakitdir, qapılar bağlı,Qurulub çadırlar qaralı, ağlı.Soltanın ordusu qızışsın deyə,Meşələr odlayıb, tüstülər pəyə.Quldurlar demək ki, fürsət tapmışlar,Bir neçə qız, gəlin gecə qapmışlar.Taxıllar alınıb, evlər talanıb,Küçələrdə çoxlu cəmdək qalanıb.

Arvadlar yüyürür, ağlaşır qızlar,Üfüqlər qaralır, yağır ağır qar.Qapılar bağlanır, kəsilir hər səs,Kənd çəkir qar içrə, ağır bir nəfəs.Zəfərinən ordu aldı bu kəndi,Yıxdı qalaları, düşmanı yendi.

Sakit hava, lakin bəslər fırtına,Elləri istibdad gətirər cana.Nə basqın, nə atəş, nə ölüm, nə qan,Nə polad zəncirlər, nə qara zindan,Nə süngü, nə xəncər, nə dar ağacıQanlı üsyanların degil əlacı.Tapdalanan insan dünyayi yıxar,Zülmün xirmənini atəşə yaxar.O bir coşqun seldir, önü alınmaz,O qızğın aslandır, əsir alınmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar