Axşam çağıdır
Cəvahir oldumsa,Kimsə almadı,Əridim, əridim,İzim qalmadı.Yoldaşlarım məniyada salmadı,Burax gedim, gözəl!Axşam çağıdır.
Gün batır, kölgələryerdə sürünür,Səhəndin ətəyisisə bürünür,Uzaqlardan qızılVətən görünür,Burax gedim, gözəl!Axşam çağıdır.
Ağaclar ardındanGümüş ay çıxır,Həsrətlər könlümüyandırıb-yaxır.Ayrılıq gecəsipərdədən baxır.Burax gedim, gözəl!Axşam çağıdır.
Dəyişdi dövran, ah,dəyişdi dövran.Sönən ocaqlarıkimdir yandıran?Kölgələr güclənir,başlanır tufan.Burax gedim, gözəl!Axşam çağıdır.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-axsam-cagidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Eyləmişdim, sənəma, vəslinə adət gecələr,İndi sənsiz mənə bərpadı qiyamət gecələr.
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
امشب ای ماه به درد دل من تسکینیآخر ای ماه تو همدرد من مسکینی
تب خاله مرا نمود معشوقه ز نازهر دم به لبان سرخش انگشت فراز