İsti gündə buğda əkdin,Yoldan keçən karvanlaraSatdın firovun...Sal daşlardan ehram tikdin,Bu dünyadan köçər ikən,Süd gölündə yatsın firovun.Təxt qayırdın sultanlara,Olsun bir gün:Qızın kəniz, oğlun qulam.Gümüş, altun qəndillərlə,Məbədləri işıqlatdın.“On fərmanı” – Tanrı sözün,Yazsın xaxam...Zəncir, zindan qayırdın ki,Yoldaşların zəncirlənsin.Bağ becərtdin, üzümünü,Səhər, axşam xanlar yesin!Ağlamadın!Yalan sözə inanasan!Xəncər, qılınc qayırdın ki,Meydanlarda tökülsün qan.Kəhriz qazdın ərbab üçün,Bostanlığın susuz qalsın.Başmaq tikdin xanımlara,Özün gəzdin ayaqyalın.

Köçüb getdin Çalusa ki,Toxuyasan güllü ipək.Toy-düyündə şah qızına,Məlikəyə olsun bəzək.Qara yerin göbəyindən,Fışqıranda qara altun,Sən çalışdın gecə-gündüz,Yəhudilər yandırsınlar,

Ərəblərin yurd-yuvasın.Qoymadılar, dərs oxuyub,Aydınlaşıb anlayasan.Aç gözünü, qardaş, bir bax!Kələk qurub yolda düşman!Nə vaxtadək səni qardaş,Əfsanələr yuxuladacaq?Dur ayağa!Qoyma, çöldən əsən yelləSönsün ocaq!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri