Tökülsün suların üzünə,Ağaclardan qopan yarpaqlar,Qoy bağçanın, bağın xirməni,Sovrulsun və olsun tarimar...

Bahar yaşıllığı, bu soyuq,Qara torpaqlara nə gərək,Bu çöllərdə bitən tikanlar?Bəslərmi bağrında gül-çiçək?

İç, dəhrin zəhərli meyindən,Yansın ciyərlərin, dodağın!Ölümün həvəskarlı əli qoy,Qırsın ömrün yaşıl budağın.

Qoy quşlar uçsunlar... Səsləmə!Mərmuz ölkələrə gedəni...Yol ver keçim, gözəl!.. Axşamdır,Axşamdır... saxlama sən məni...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar