Yurdumuz
Səhər oldu, gün hər yerə yayılır,Qurdlar, quşlar əkinlərdə ayılır.Kölgə düşür pərdə-pərdə yollara,Axar suda, daşlar, qumlar sayılır.
Yapraq-yapraq gəzir qızıl işıqlar,Al işıqlar – quşlar uçur biqərar,Hər işıqda ovuc-ovuc ulduzlar,Hər işıqda dərin, gizli bir sirr var.
Çiraq kimi lalələrdir odlanan,Lalələrin üzərində qızıl qan.Yer üzünün cənnətidir yurdumuz,Unut göyü, bizim yerdə gəl dolan.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-yurdumuz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dindir məni hərdən, gözəlim, fürsət olanda
Dindir məni hərdən, gözəlim, fürsət olanda,Vəslin bizə bir an, nə olar, qismət olanda?
MəniBir gəlinin gözlərinin,Yağışı öldürdü məni.
خوشست پیری اگر مانده بود جان جوانیولی ز بخت بد از من نه جسم ماند و نه جانی
Nə DediSeyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi