Gözəl
Qaranlıq gecədə tufan qoparkənİldırım tək nədən çaxmadın gözəl?Burucu dönərkən ayrılıq günüNə üçün arxana baxmadın, gözəl?
Uzun gecələr ah səni gözlədim,Səhər quşlarilə səni səslədim,Bağçamda nəstərən gülü bəslədim,Duru bulaq olub axmadın, gözəl?
Büründün ipəyə, bəzəndin gəlin,Bulağa qırmızı işıq ələdin.Ay kimi gecəni gündüz elədin,Bir tək çıraq əldə yaxmadın, gözəl?
Dəftərimdə sənə naxışlar vurdum,Meşələr içində alaçıq qurdum.Nədən bağımda ey qara gözlü “Rum”Saçlarına bir gül taxmadın, gözəl?
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-gozel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İstərəm qəmli və tufanlı gecə yolçularaBir fanus tək, ya da qütb ulduzu tək rəhbər olam.
Həyatdır axar çeşməHəyatdır axar çeşmə,Yetər ah, dastan demə!
Azərbaycanın gənc yazıçısı Namurad Fridun İbrahimiyəİldönümün tutan yoxdu,Yoxdur səni yada salan.
Qorxma!Qorxma, bu mavi göy altında yanan günəşin,Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözüm nuri, qarari-düi-ürfan, getmə,"Məhfili-üns" sənin canına qurban, getmə.
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!
BülbüllərinənXara qismət oldu güllər,Sən ağla bülbüllərinən.