Bir al günəş doğdu səhər
Mən bir lirik şair ikən“Gecə yatmaz” şer yazar.“Eşqin” yeddi şəhəriniSeyr edərək yoldan azar.Buludlarda dolaşaraqYerdə xəlqi görməz idim.Daraların şərabındanİçmiş idim, içim-içim.Xəyal mənə göstərərdi“Yaşıl bağ”ın qapısını.Ellər içrə gəzməz idimGördüm xəlqin yapusunu.
Dünya mənə gümüş rəngliBir sərab tək görünərdi.Dəli könlüm üfüqlərdə,Bir quş kimi sürünərdi,Gecə vaxtı “sayələr”ləEdər idim razı-niyaz,Üsyan marşı oxurkən xəlq,Mən çalardım başqa bir saz.
Bir al günəş doğdu səhərAzər yurdu çiçəkləndi.Mən də bir az oyanaraq,Gördüm eli, gəzdim kəndi.
Qopdu tufan, coşdu sellər,Sürüklədi düşmanları,Qovdu qurdu qovar kimiAğ insanlar xaqanları.
Mən də qoşdum günə sarıXəlqin dərdin görüb yandım.O günədək görmədiyimBir çox şeylər görüb qandım.Bildim ki, xan düşmanıdırZəhmətçəkən insanların.Bildim kimlər baisidir,Hədər axan al qanların.Bildim ki, xan pənahıdır,Sövdəgərin, feodalınBildim nədən gəzər işçiQış çağında ayaqyalın?
Bildim “qəzəl yazan şair”Həqiqətə pərdə çəkər.Xəlqin şirin şərbətinəNamərdliklə qatar zəhər.
Mən də yazdım ellər üçünOxusunlar oğlan və qız
Lakin tufan qopdu nədənKölgələndi dağlarımız.Təxtə çıxdı yeni fironAğız açdı zindan bizə.Gəldi cəllad sürüləri,Həm Urmiyə, həm Təbrizə.Öldürdülər cavanları,Yandırdılar tayaları.Qırğın düşdü el içinə,Ac qaldılar qoca, qarı.Ölüm çökdü bir bulud təkDərya-dərya qanlar axdı,İmperializm xan əliləBir çox yurdlar basıb yaxdı.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-bir-al-gunes-dogdu-seher
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ağzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
Sin ayəsinəAxtaran dəricə dəryalar təkin,Dərs aldı, yetişdi “sin” ayəsinə.
Mey nuri cilvə eylədi cami-bülurdənMey nuri cilvə eylədi cami-bülurdən,Cami-büluri gör ki, ləbaləbdi nurdən.
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər