Nil çayı mənzuməsindən parçalar
Aşın, daşın, deyə, Nilin suları,Çiçəklənsin Misrin tozlu baharı.Qoca kahin günahlara batardı,Bir gənc qızı Nil çayına atardı.Çayda üzən timsah udub nigarı,Azalmazdı o il Nilin suları...Buğda, pambıq adam boyu bitirdi,Zəngin olan muradına yetirdi.Lakin taxıl bol olsaydı yenə dəYetişməzdi əkinçiyə bir heybə,İstər çəbti, istər yunan qulları.Ac qalmaqdan olardılar sap-sarı.Fəllahların göyçək, şirin qızlarıİnsanlığın yaşıl bağının barı,Yalın ayaq gəzərdilər hər yanı,Sulardılar xırmalığı, bostanı.Verərdilər yem quşlara, heyvana,İpək, kilim toxurdular Firona.Qabıq qoyub qızğın günəş önündəSevinməzdi könülləri bir gün də.Qara çörək, sirkə yeyib beləcə,Quru yerdə yatardılar hər gecə.O qızların ürəyində gül açan,Arzuların bağı olardı xəzan.Lakin... çirkin qızı hər axşamYaşıl bağda edərdi naz və xürram.Geyinərdi ipək, zəri əlbəsəSərf edərdi vaxtın bəzəgə, süsə,Fəllahları o bir heyvan sanardı,Gözəlləri qısqanardı, yanardı.Eşitmişdi kahinlərdən o...Onun üçün tutub bu yer, göy qərar,O güləndə açar bağda çiçəklər,Onun üçün sular cərəyan edər.
Firon, onun ulu babası hələQəzəb etsə düşər yerə zəlzələ.
O günəşdən ayrı bir yermiş, bir alovdur,Ona baxan olar həmən gözü kor.Misir onundur, Həbəşistan onundur,Çaylar, bağlar, meşə, bostan onundur.
Neçə min il keçmiş o gündən bəri,Qaralmışdır zəmanənin dəftəri.Dəyişmiş yatağını Nil çayı,Quma batmış, Fironların sarayı.Mumiyalı şahlar, yalnız qalmışlar,Daş tabutda dərin xəyala dalmışlar.
Şam çölündən bir gün günəş çıxanda,Göy ərşəlim sərməst yatan zamanda,Siçanlar tək, yavaş, səssiz, bixəbərAğ əsgərlər dərvazadan girdilər.Qorxu düşdü nəntilərin içinə,Gedərməz oldu, o il bir kəs biçinə.Yandı şəhər, qəsəbələr alındı,Viranələr üstə namaz qılındı...Xəncərləndi bir çox qızlar, qadınlar,Xalqın palçıq evi oldu tarimar,Uşaqları diri quma gümdülər,Qoymadılar nəfəs çəkən bir nəfər.Qəsrlərdən, Fironlardan yadigar,Yaşıl bağlar, uca mərmər saraylar,İpəklərlə bəzənilmiş otaqlar,Aynadar, gövhər nişan dodaqlar.Odlanaraq viran oldu, talandı,Yerlərində qara torpaq qalandı.Qan dəryası oldu Nilin suları...Qanlı sular axdı dəryaya sarı.Ayaqlandı bostanlıqlar, bağçalar,
Məzirələr oldu bütün tarimar.Bir sənəlik əkinçinin əməyiHeçə getdi, əldən çıxdı çörəyi.Başqa dövrə ayaq basdı, o il Misir,İslamlaşdı, xristian, yaşıl Misir,Yerdən yeni feodallar göyərdi,Xalqın artdı, yenə möhnəti, dərdi.Parazitlər yenə xəlqə baş olduYenə haman kasa, həmən aş oldu!Cariyələr bürclərdən atıldı,Gözəl qızlar bazarlarda satıldı.Lakin olma məyus, dayan bir fəlaKeçər bir gün, nə xan qalar, nə də...Dəyişməzsə asimanın müdarı,Dəyişərdi bu dünyanın qərarı.Yaşıl Misir, Həbəşistan, Zəngibar,Zülmün qanlı pəncəsindən qurtular.Nilin qızıl dalğaları nəhayət,Edər sənin bostanını bir cənnət.Açar pambıq, sünbüllənər buğdalar,Ən nəhayət, torpaq fəllahə qalar.Aşsın Nilin suyu, taxıl bol olsun!İşıqlı gün, dama, bacaya dolsun...
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-nil-cayi-menzumesinden-parcalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
(Ruscadan iqtibas)U ş a q
Həqqül-yəqin, fəsil 7حقیقت- تجدد تعینات، به حسب اقتضای ذاتی، که نسبیهاند ونسبیت عرض، است و العرض لایبقی زمانین، و به حسب اقتضای منتسبین اعنی الوجود و العدم طالب و مشتاق عدماند، و بر سرعت تمام ساری و متحرک به مرکز فطرت ذاتی خوداند که عدم است، به مثابت جواهر به مراکز: و تری الجبال تحسبها جامدة و هی تمرمرالسحاب.حقیقت- ظهور سرعت سریان تعین در زمان از بدیهیات است، که در هر طرفةالعین حال را تجددی حاصل میشود تا درمرتبه خویش محکوم علیه نمیگردد به ادراک، چه هر یک از اجزای آنات او مانند نهر جاری و خط ممتد مینماید، همچنین تجدد تعین مکان و سرعت سریان آن ظاهر است، چه هر یک از اجزای جسم محیط که محل مکان است در حرکت مستدیر اقتضای اخفای جزو دیگر میکند و شبهت نیست که مکان مجموع اجزای آن جسم است و تجدد تعین حرکت از ضروریات است، از آنکه خروج از قوه به فعل جز به طریق تدریج صورت نه بندد، مگر به تصور مبداء و منتها و عدم سکون متحرک بینهما و چون زمان و مکان و حرکت درهر طرفةالعین مبدل گردد، ضرورت بود که جهات و اجسام و اعراض دیگر بدین و تیره روند که محقق است که هرآنی و جزوی را از مکان و حرکت با هر یک از معروضات ایشان نسبتی است غیر نسبت اول، و هر یکی در هر طرفةالعین به حسب لبس و خلع تعین وجودی و عدمی خاص مییابند، و این معنی را محبوس و مقید زمان و مکان درنیابد: بل هم فی لبس من خلق جدید.
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
آنچه هست اندر دل من نیست کسرا در دل آناز جفا و جور این نامهربان سنگین دلان