Axşam kölgələri
Axşamın kölgələriAçılar zanbaq-zanbaq.Tökülər su üstünəSayələr yarpaq-yarpaq.
Axşamlar qızararkənSuların həlqəsində,Görünər bağ və çəmən,Güllərin pərdəsində.
Gündüzün işıqlarıƏrirkən çeşmələrdə,Sürünər dağa sarıKölgələr pərdə-pərdə.
Gümüş rəng buludlardanDoğarkən gözəl mehtab,Açılar suda həmənFüsunkar gümüş sərab.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-axsam-kolgeleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir