Nərgiz, uzun saçlı gözəl bir sona,Bir gün dedi anasına: – Ay ana,Qızlar bütün çay-çəmənə gedirlər,Bağçalarda gəzib şənlik edirlər.Bu gün hava günəşlidir, dağ-dərəBoyanıbdır yaşıllığa, yeksərə.İcazə ver, mən də gedim bağlara,Onlar ilə mən də çıxım dağlara!Gətirərəm, ana sənə, bircə bağ,Dağ tərəsi, kəklikotu bir qucaq.Dedi ana: – Sən də qızım, get, amma,Tez gəl evə, dağda, daşda yubanmaVerirəmsə də rüxsət, sarı çiçəyim!Bilməm nədən rüxsət vermir ürəyim.

O gün bahar bəzəmişdi çölləri,Yağış suyu doldurmuşdu gülləri.Dərələrdən axan duru bulaqlar,Budaqlarda əsən təzə yarpaqlar.Cəlb edərdi çöldə gəzən quşları,Çağırardı xəlqi bağlara sarı.O günədək görməmişdi dağ, dərəNərgiz kimi pəri gəlib, gül dərə...Nərgiz çıxdı dağa, qızlardan uzaq,Dağ tərəsi, lalə dərdi bir qucaq.Lakin, bahar nikhət ilə məst ikən,Batdı birdən ayağına bir tikan!Aciz oldu yol getməkdən, yoruldu,Bir qayanın üzərində oturdu.Ayağından çıxararkən tikanı:Gördü onu, uzaqlardan el xanı.El xanı ki, yaşlı, başlı bir ağa,Gəlmiş idi obasilə yaylağa,O, altmış il yaşamışdı dünyada,

Salmamışdı qocalığın heç yada.Qorxmayaraq boranlardan, sellərdən,Hər il bir qız qaçırardı ellərdən.O, Nərgizi görüb çıxdı özündən,– İraq gözdən, anasının gözündən.Bir aslan tək ova sarı yüyürdü,Duvaqsız bir qıza tərəf at sürdü...Xanı görən qız çıxmadı özündən,Bir ceyran tək qaçdı aslan önündən...Qaçdı, qaçdı, axır düşüb bayıldı.Bir az sonra gözün açıb ayıldı.Özün yaşıl bir çayırda gördü o...Güllü, atlas bir çadırda gördü o...Gördü xanı ayaq üstə dayanmış,Gənclər kimi məxmərlərə boyanmış!Örtmüş onun çürük başın boz dəri,İşıldayır bir qurd kimi gözləri!Zavallı qız yumdu gözün, inlədi,Çarpan ürək sədasını dinlədi...Anladı ki, əsir olub əllərdə,Anasından uzaq-uzaq bir yerdə.Çəkən yoxdur, artıq onun nazını,Bir uçurum ona açıb ağzını.Zəhərli bir ilan onu dişləyir!Ürəyinə qədər ağrı işləyir...Gördü, röya görən kimi nazəninBir qoca qurd ona dikmiş gözlərin!Gördü bulud üfüqlərdən uzanır,Uzaqlarda qanlı şimşəklər yanır.Buludların pərdələri sökülür,Guruldayıb hava, yağış tökülür.Bərbad olur evi, yaşıl bostanı,Yaralanıb qəlbi, axır al qanı.Solmaqdadır artıq, qızıl gülləri,Ölmüş ana, yoxdur onun əsəri...Sevgilisi çoban ondan inciyib!O, qalıbdır yad ellərdə tək, qərib!

Lakin, insan olur ikən giriftar,Bəzən ürək ümid ilə nurlanar.Zəncirlərə bağlı vəhşi canavarBəzən polad zəncirlərin də qırar.O bilirdi, “darda qalan Gülüzar”Onu qanun deyil, al qan qurtarar.

Axşam oldu, zülmət çökdü hər yerə,Sakit oldu çayır, çəmən, dağ, dərə.Uca dağlar dumanlarla büründü,Bir işıqlı ulduz göydə göründü.Əzan səsi obalardan ucaldı,Anasını, Nərgiz yadına saldı...Gördü ana evdə yalnız oturmuş,Toxur lampa işığında bir naxış.Lampa qanlı işıq salmış tavana,Solğun kölgə kimi, qərib o ana.Qızın bir az qoca gəldi gözünə,Ölüm tozu qonmuş idi üzünə!Dedi, mənim anam dəyildi qarı,Nə üçün ağarıbdır qara saçları?Gördü ki, göz qapaqları bükülür,Göz yaşları naxış üstə tökülür.Dedi: Ana, mənim üçün ağlama!Məraq etmə, təslim olmam mən xana...Gücüm çatsa onu həlak edərəm,Dişlərimlə parçalayıb, didərəm...Sındıraram bir vəhşi tək qəfəsi,O məlunun qoymam çıxa nəfəsi...Aydınladan zaman günəş otağı,Gözlə məni ana, sabah, sübh çağı.İki saat keçdi o şum gecədən,Çaqqalların səsi qopdu meşədən.Şamdan əldə bir qız girdi çadıra,Dedi: – Səni kimlər salıbdır tora?Haralısan? Nədir adın, qız sənin?Heyif olsun, sənin kimi bir gəlin,

Yaraşarmı çürük, qoca bir xana?Bir qan içən, dişi düşmüş heyvana...Nərgiz baxdı qızın heyran üzünə,Göz yaşları pərdə çəkdi gözünə.Dedi: – Olan olub, keçən keçibdir,Tale məni xana nəsib edibdir.Burax şamı, get işinin dalınca,Qoy ağlayım öz halıma doyunca...Qız dedi ki: – Qonaq, məndən çəkinmə!Tutulmuşam mən də bu dərd və qəmə.Üç ildir ki, obalarda dəyərsiz,Həm arvadam, qoca xana, həm kəniz!Bu vicdansız, gözəl qızlar ovçusu,Bu yolkəsən, karvan soyan, bu asi.İndiyədək bir çox gəlin qaçırmış,Bir çox quşun qol-qanadın o qırmış.Səndən əvvəl məni qapmış, bu donqar,Mən sonuncu ovam, dedi əsir qız.

Bu arada çöldə bir səs yayıldı,Alaçığın pərdələri açıldı.Xan göründü... Nərgiz çıxdı özündən,Dönüb başı, şimşək çaxdı gözündən.Bir bucağa pişik kimi sıxıldı,Odlu gözlə, nəzər ətrafa qıldı...

Yarı gecə ulaşarkən köpəklər,Dağ başından tülu edərkən qəmər,Alaçıqda qopdu müdhiş fırtına!Söndü şamdan, boyandı xan al qana.Xırıltılı, tutqun bir səs ucaldı,Bir az sonra sükut hər yeri aldı...Ay ucalıb, saldı suya ağ ləkə,Çıxdı alaçıqdan çölə bir kölgə.Köpəklərin səsi çölü bürüdü,O kölgə də yola sarı yüyürdü...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar