Kənd mahnıları
Çıx dağ ardından qızıl gün,Yurdsuz qalanı bir düşün!Dünyanı qızdır, ərit qar,Qoyma körpələr üşüsün!
Daşma çay! Daşma, bir çəkin,Yol üstündə var bağ, əkin.Daşma, kəndləri yıxma sən!Xalq itirməsin əməyin.
Ey böyük Tanrı, ey pədər!Qoy yurddan çıxsın tüstülər...Söndürmə şamı, ocağı,Ellər olmasın dərbədər.
Yolunu kəs düşmənin,Burax günəşi, et aydın.Bu yerləri gülləndirənMin kişidir, min qadın.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-kend-mahnilari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Ağlasin
Yaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Ey xaslara fitnə, el üçün bir afətGöylər də günəş üzünə eylər heyrət.
Müqəddəs adətlərMüqəddəs adətlər ucaldır məni,Mən onun eşqiylə yaşayam gərək.
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,