Harda mən
İnsan gərək özlüyündə düşünə,Necə gəzim, kimlə gəzim, harda mən.Yoldaşlarım uyğun ola özümə,Danışanda utanmayam orda mən.
Gələndə məclisə biləm yerimi,Niyə duram görən kimi birini.Ya danışam, ya da verəm sirrimi,Cəhli düşə məğlub olam zorda mən.
Gərək hörmət edəm özüm-özümə,Danışanda sərhəd qoyam sözümə.Uzanmaya qoşa barmaq gözümə,Çırpınmayam balıq kimi torda mən.
Abdullayam, hər hesabı qanmışam,Haqsızlığa alışmışam, yanmışam.Çoxlarını candan əziz sanmışam,Heç görmədim yaxın gələn darda mən.
Kitabxana.az · https://kitabxana.az/works/usta-abdulla-harda-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram