Dürdanəsən, xoş gəlibsən cahana,Qaşların bənzəyir kamana, xanım.Söylərəm vəsfini bil ki, hər yana,Daşıb qərq etməsin ümmana, xanım.

Bəxtəvər xəlq edib səni Yaradan,Bəzəyin, düzəyin şaldan, xaradan.Silkinib sonatək çıxsan aradan,Elə bil gələrəm imana, xanım.

Mənim can deməyim layiqdi sana,Büllur buxağından pay çıxar mana.Bu qoca vaxtımda gəlləm imana,Abdulla yolunda divana, xanım.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri