Yaşa könül!
Ah, bu uzun sevda yoluVurulurmu başa, könül!Nişan aldım, kaman atdım,Dəydi oxum daşa, könül!
Bir od düşdü buluduna,Yandı könül eşq oduna,Qaldın hicran umuduna,Ey qırılan şişə könül!
Tərlansan, göydən enməzsən,Bu torpaqda sevinməzsən,Mən dönərəm, sən dönməzsən,Yaşa, könül, yaşa, könül!
Kitabxana.az · https://kitabxana.az/works/musfiq-yasa-konul
← → düymələri ilə keçid, R — təsadüfi şeir