Zərif ayaqların nə qədər incə,Gözəl əndamını onlar xəfifcəNecə aparmada bilməm, şirin qız?Şikayətim vardır gül əllərindən,Onlar ürəyimi tutub dərindənNecə qoparmada bilməm, şirin qız?Sənin mərhəmətli, dolğun gözlərinMənim hisslərimi məndən də dərinNecə anlamada bilməm, şirin qız?Ölmüş hisslərimi gözəl rəftarın,Ruzgarlı, dalğalı sallanışlarınNecə canlatmada bilməm, şirin qız?Üfüqdə günəşi necə saraltdı,Lalənin köksünü necə qaraltdıYanıl yanaqların bilməm, şirin qız?Mən bir çayır quşu, sən bir neylufər,Mənim öpüşümü necə rədd edərGözəl dodaqların bilməm, şirin qız?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar